Ukrayna müdafiə xərclərini yenidən artırır

Ukrayna müdafiə xərclərini yenidən artırır
DÜNYA
16:21 28.08.2022
249
Ukrayna parlamenti ölkənin müdafiə xərclərini yenidən artırmağa hazırlaşır.

Bunu Ali Radanın deputatı Yaroslav Jeleznyak bildirib.

Onun sözlərinə görə, Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin xərcləri üçün əlavə 2 milyard qrivna (təxminən 53,9 milyon dollar - Red) məbləğində vəsait ayrıla bilər.

Ukraynalı deputat deyib ki, yeni maliyyənin mənbəyi daxili borclanma olmalıdır. Onun fikrincə, müvafiq qanun layihəsinə parlamentin növbəti iclasında baxılacaq.
OXŞAR XƏBƏRLƏR