Ukrayna müdafiəçiləri dekabrın 29-da Rusiya silahlı qüvvələrinin atdığı 69 ədəd "X-101/X-555" və "Kaliber" qanadlı raketindən 54-nü vurub.
Məlumatı Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı yayıb.
Qeyd edək ki, Rusiya bu gün Ukraynaya raket hücumu edib. Ukrayna üzrə hava həyəcan siqnalı elan edilmişdi. Kiyev rəsmiləri Rusiyanın 100-120 raket atacağını bildirirdi.