Ukrayna müharibəsindən sonra mühəndis və həkim də daxil olmaqla 100 min yəhudi öz ölkələrinə qayıdıb.
AZXEBER.COM xarici mətbuata istinadla xəbər verir ki, Təl-Əvivdəki Mərkəzi Statistika Bürosu bildirir ki, Ukraynada müharibə başlayandan sonra ümumi sayın əhəmiyyətli dərəcədə azalmasına baxmayaraq, keçmiş Sovet İttifaqı ölkələrindən, xüsusən də Rusiya və Ukraynadan yəhudilərin sayı rekord həddə çatıb.
Yəhudi immiqrantların İsrailə və xaricə immiqrasiyasında artım olduğu qeyd edilib.
İsrail Bürosunun rəsmi hesabatında göstərib ki, Ukraynada müharibə başlayandan bir il yarım ərzində mühacirlərin sayı 110 min nəfərə çatıb ki, onlardan 100 mini keçmiş Sovet İttifaqı ölkələrindən gəlib. Onların sayəsində İsrailin əhalisi 1.2 faiz artıb.
Şəbnəm