"Ukrayna müharibəsinə görə dünyada aclıq olacaq" - BMT

"Ukrayna müharibəsinə görə dünyada aclıq olacaq" - BMT
DÜNYA
20:39 19.03.2022
677
BMT-nin baş katibi Antonio Quterreş sosial şəbəkələrdə Rusiya-Ukrayna müharibəsi ilə bağlı paylaşım edib.
 
AZXEBER.COM AzVision.az-a istinadən xəbər verir ki, baş katib dünyada kütləvi aclıq və ərzaq böhranı təhlükəsi olduğunu açıqlayıb.

O, Ukraynadakı müharibənin artıq məhsul tədarükünü pozduğunu vurğulayıb.

- Ukraynadakı müharibə artıq tədarük zəncirlərini pozub və yanacaq, ərzaq və nəqliyyat qiymətlərinin kəskin artmasına səbəb olur. Biz aclıq qasırğasının və qlobal ərzaq sisteminin dağılmasının qarşısını almaq üçün mümkün olan hər şeyi etməliyik, - Quterreş Twitterdə yazıb .

OXŞAR XƏBƏRLƏR