"Rusiya Krımda məcburi səfərbərliyə başlayıb".
Bunu Ukrayna ombudsmanı Lyudmila Denisova deyib. O, bildirib ki, Krımda hərbi xidmət yaşına çatmış kişilərin yarımadadan kənara çıxması qadağan edilib:
"Hərbi xidmət yaşına çatmış kişilərin yarımadadan kənara çıxması qadağan edilib. Çağırış vərəqələrinin paylanılması əvəzinə, çağırışçılar məcburi şəkildə məntəqələrinə aparılırlar. Bu, müharibə dövründə mülki şəxslərin müdafiəsi haqqında Cenevrə Konvensiyasının mülki şəxslərin hərbi əməliyyatlara cəlb olunmasını qadağan edən müvafiq maddəsinə ziddir”.