Ukrayna ordusu daha bir yaşayış məntəqəsini işğaldan azad etdi

Ukrayna ordusu daha bir yaşayış məntəqəsini işğaldan azad etdi
DÜNYA
10:18 25.03.2022
331
Ukrayna Silahlı Qüvvələri daha bir daha bir yaşayış məntəqəsini Rusiya hərbçilərindən azad edib.

AZXEBER.COM Qaynarinfo-ya istinadən xəbər verir ki, Zaporojye vilayətinin Malinovka kəndi işğalçılardan geri alınıb. Bu barədə Malinov icmasının rəhbəri Vladimir Şiş məlumat verib.

İcma rəhbəri bildirib ki, Rusiya hərbçiləri bu günə qədər Malinovkada olsa da, Ukrayna Silahlı Qüvvələri kəndi azad edib: "İcmanı təşkil edən beş böyük kənddən üçü tamamilə düşmən qoşunları tərəfindən işğal edilmişdi - Lyubimovka, Novozlatopol və bu günə qədər Malinovka. Hazırda qoşunlarımız təmizlik işləri aparır, ona görə ki, Malinovka azad edilib".

Onun sözlərinə görə, icmada da vəziyyət gərgindir, çünki Rusiya hərbçiləri hər yerdə postlar qurub, kəndlərə heç kəsi buraxmırlar. Nəticədə - ərzaq, su, dərman və çörək təchizatı ilə bağlı humanitar problemləri yaranır.
OXŞAR XƏBƏRLƏR