Ukrayna ordusu döyüşə hazır vəziyyətə gətirildi

Ukrayna ordusu döyüşə hazır vəziyyətə gətirildi
DÜNYA
17:07 11.03.2014
1282

Müdafiə naziri İqor Tenyux bu gün parlamentdə çıxışı zamanı bildirib ki, qoşunların Krıma girməsi müzakirə mövzusu deyil. "Ordu təlimlərə başlayıb. Buna görə də bəzi hərbi hissələrimizin daimi dislokasiya yerini dəyişərək digər mövqelərə doğru hərəkət etməsi mümkündür", - deyə İqor Tenyux bildirib. Ancaq Rusiya mətbuatı həyəcan təbili çalaraq Ukrayna qoşunlarının Krıma yeridiyini iddia edib. Rusiya mətbuatı Ukraynanın Krımı nəzarət götürmək ehtimalını müzakirə edərək bunun mümkünlüyünü yazır. Qeyd edək ki, bu gün Krım Muxtariyyətinin Ali Soveti müstəqillik haqda bəyannamə qəbul edib. ANS PRESS-in məlumatına görə, Radanın 78 deputatı bəyannamənin lehinə səs verib. Ali Şurada cəmi 100 deputat var. Krım müstəqil suveren dövlət kimi referendumun keçirilməsindən sonra subyekt kimi RF-nin tərkibinə daxil olmaq barədə təkliflə Rusiya Federasiyasına müraciət edəcək. (anspress)

OXŞAR XƏBƏRLƏR