Ukrayna ordusu ilk dəfə PUA ilə Rusiya helikopterini vurub

Ukrayna ordusu ilk dəfə PUA ilə Rusiya helikopterini vurub
DÜNYA
22:27 22.11.2025
115
Ukrayna ordusu ilk dəfə olaraq dronla Rusiyanın Mi-8 helikopterini vurub.

Bu barədə ordunun Xüsusi Əməliyyat Qüvvələrinin "Telegram” kanalında məlumat verilib.

"Hər bir tapşırıq, təyyarənin texniki xüsusiyyətlərindən tutmuş pilotların planlaşdırılmasına və təliminə qədər yaradıcılıq tələb edir. Bu tapşırıq düşmənə bir çox suallar qoyub getdi. Cavablarını isə yalnız Mi-8 ekipaj üzvləri bilir və lakin onlar bunu danışa bilməyəcəklər", - Xüsusi Əməliyyat Qüvvələrinin mətbuat xidmətinin məlumatında deyilir.

Məlumata görə helikopterin vurulması Rusiya ərazisində, Rostov vilayətinin Kuteynikovo kəndi yaxınlığında baş verib.

Onun Ukraynanın FP-1 uzaq mənzilli hücum dronu ilə vurulduğu bildirilir.
 
/APA
OXŞAR XƏBƏRLƏR