Ukrayna Ordusu Rusiyada neft və qaz emalı zavodlarına zərbə endirib

Ukrayna Ordusu Rusiyada neft və qaz emalı zavodlarına zərbə endirib
DÜNYA
15:44 19.10.2025
118

Ukrayna Müdafiə Qüvvələri Rusiyanın Novokuybışev neft və Orenburq qaz emalı zavodlarını hədəfə alıb.

AZXEBER.COM APA-ya istinadən zəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.
Bildirilib ki, Samara vilayətində yerləşən Novokuybışev zavoduna 19 oktyabr gecəsi zərbə endirilib. Ərazidə partlayışlar və yanğın qeydə alınıb. Müəssisə ildə 4,9 milyon ton nefti ilkin emal edir və 20-dən çox növdə məhsul istehsal edir.
Baş Qərargahın məlumatına görə, "ELU AVT” adlı ilkin emal qurğuları zədələnib, ərazidə yanğın davam edir. Bu zavodun Rusiya Ordusunun yanacaq təminatında mühüm rol oynadığı vurğulanıb.

Orenburq vilayətində yerləşən qaz emalı zavodu da zərbəyə məruz qalıb. Bu müəssisə ildə 45 milyard kubmetr qaz və 6,2 milyon ton kondensat emal etmək gücünə malikdir. Zavodun qaz təmizləmə qurğularından biri sıradan çıxıb.
Bundan əlavə, Ukrayna Ordusu Rusiyanın nəzarətində olan Berdyansk şəhərindəki yanacaq-sürtkü bazasına da zərbə endirib. Ərazidə partlayışlar və yanğın qeydə alınıb.
OXŞAR XƏBƏRLƏR