Ukrayna ordusu Rusiyanın 6 bölgəsinə PUA-larla hücum edib

Ukrayna ordusu Rusiyanın 6 bölgəsinə PUA-larla hücum edib
HADİSƏ
10:46 13.09.2024
396
Ötən gecə Ukrayna Silahlı Qüvvələri (USQ) pilotsuz uçan aparatların (PUA) köməyi ilə Rusiyanın 6 bölgəsinə hücum edib.
 
AZXEBER.COM xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
 
Məlumata görə, hava hücumundan müdafiə sistemləri gecə ərzində 20 pilotsuz uçuş aparatını vurub. Ukrayna ordusunun PUA-larının 8-i Bryansk vilayəti, 4-ü Belqorod vilayəti, 3-ü Kursk vilayəti, daha ikisi Orlovsk və Smolensk vilayətləri üzərində, biri isə Kaluqa vilayətinin üzərində yerə salınıb.
OXŞAR XƏBƏRLƏR