Ukrayna ordusu Rusiyanın mövqelərinə zərbələr endirdi

Ukrayna ordusu Rusiyanın mövqelərinə zərbələr endirdi
DÜNYA
14:18 16.10.2022
312
Ukrayna Silahlı Qüvvələri Rusiyanın Zaporojye vilayətinin 7 yaşayış məntəqəsindəki mövqelərinə zərbələr endirib.

AZXEBER.COM "Report"a istinadən xəbər verir ki, silah-sursat anbarları, eləcə də S-300 kompleksləri sıradan çıxarılıb.

Ümumilikdə son 3 gün ərzində Berdyansk qəsəbəsi ərazisində dörd S-300 sistemi məhv edilib, sursat anbarı dağıdılıb və 20-dən çox hərbçi yaralanıb. Tokmakda 10 hərbi texnika vurulub, 40-a qədər hərbçi xəsarət alıb. Kamenets-Dneprovskayada 7 hərbi texnika məhv edilib, düşmənin 40-a yaxın hərbçisi yaralanıb. Orexov, Horse Rozdory və Tokmak yaşayış məntəqələri ərazilərində 100-ə yaxın hərbçi zərərsizləşdirilib.
OXŞAR XƏBƏRLƏR