Ukrayna ordusu Zaporojyedə uğurlu hücum əməliyyatı barədə məlumat yayıb

Ukrayna ordusu Zaporojyedə uğurlu hücum əməliyyatı barədə məlumat yayıb
DÜNYA
18:55 27.07.2025
110
Ukrayna Silahlı Qüvvələri Zaporojye vilayətində düşmənin diversiya-kəşfiyyat qruplarını mövqelərindən çıxarıb və uğurla irəliləyib.

Bu barədə məlumat 210-cu ayrı şturm alayının Facebook səhifəsində paylaşılıb.

"Yaxşı planlaşdırılmış hücum əməliyyatları nəticəsində 1-ci şturm batalyonumuz Zaporojye vilayətində irəlilədi. Düşmənin diversiya-kəşfiyyat qruplarını mövqelərindən çıxardıq və daha əvvəl digər bölmələrin uğurla ala bilmədiyi mövqeləri ələ keçirdik", – deyə məlumatda bildirilir.

Hərbçilərin sözlərinə görə, bu uğur yalnızca hərtərəfli planlaşdırılmış və mükəmməl icra olunmuş hücum əməliyyatı sayəsində mümkün olub. Bu barədə belə qeyd edilib:

"Əməliyyat zamanı artilleriyadan və hücumçuları dəstəkləmək üçün dronlardan istifadə edilib. Ən vacibi odur ki, biz bu əraziləri bir nəfər belə itki vermədən azad edə bildik”.

/APA
OXŞAR XƏBƏRLƏR