Ukrayna Silahlı Qüvvələrinin tərkibində Əlahiddə Dəniz Piyadaları Korpusu yaradılıb.
Bu barədə qərarın verilməsini Ukrayna Prezidenti Vladimir Zelenski öz rəsmi "Telegram” kanalında təsdiqləyib.
Yaradılan Korpus iki briqadadan ibarət olacaq, Ukrayna Hərbi Dəniz Qüvvələrinin (HHQ) Sahil Mühafizə Qüvvələrinin tərkibində yer alacaq və Çevik Hücum Qüvvələrinin bir hissəsi olacaq.
"Bu gün bütün Ukrayna vətəndaşları üçün əhəmiyyətli gündür. Xüsusi cəsarət, möhkəmlik və güc günüdür. Bu keyfiyyətlərə Ukraynanın Dəniz Piyadaları Korpusunun döyüşçüləri sahibdir”,- Ukrayna lideri yazıb.
Zelenski onu da əlavə edib ki, Ukrayna dövləti silahlı qüvvələrin mühüm, güclü qolunu inkişaf etdirmək, Ukrayna piyada qoşunlarını müasir silah və texnika ilə təchiz etmək, yeni dəniz piyada briqadaları yaratmaq üçün lazım olan hər şeyi edəcək.
///APA