Ukrayna Silahlı Qüvvələrinin fəaliyyətdə olan iki komandanı işdən çıxarılıb.
Bu barədə məlumatı Ukrayna Silahlı Qüvvələrindəki mənbələrə istinad edən "RBK-Ukraina” yayıb.
Qeyd olunur ki, "Cənub” və Qərb” Operativ komandanlıqlarının komandanları – general-mayor Andrey Kovalçuk ilə general-mayor Sergey Litvinov tutduqları vəzifədən azad olunub.
Bu informasiya ilə əlaqədar detallar hələ açıqlanmayıb.
///report