Ukrayna ordusunun hücumu nəticəsində Rusiyanın dəmir yolu şəbəkəsi ciddi zərər görüb

Ukrayna ordusunun hücumu nəticəsində Rusiyanın dəmir yolu şəbəkəsi ciddi zərər görüb
DÜNYA
09:37 29.07.2025
195
Rusiyanın Rostov vilayəti bu gecə pilotsuz təyyarələrin hücumuna məruz qalıb.

Rostov vilayətinin Salsk stansiyasının kontakt şəbəkəsinin (elektrikləşdirilmiş dəmir yollarının elektrik enerjisini dartma yarımstansiyalarından elektrik vaqonuna ötürən şəbəkə - red.) işi PUA-nın dağıntılarının düşməsi səbəbindən pozulub.

Nəticədə qatarların hərəkəti dayandırılıb.

Eyni zamanda, Novokuznetsk-Kislovodsk sərnişin qatarının iki vaqonunun şüşələri zədələnib.

Zərərçəkmiş qatarın sərnişinləri təxliyə ediliblər. Bundan başqa, stasionar yük qatarında yanğın baş verib.

Yanğının söndürülməsi üçün hadisə yerinə yanğınsöndürən qatar göndərilib.

Bir neçə saat sonra Rusiya Dəmir Yolları məlumat yayaraq Rostov vilayətinin Salsk stansiyası ilə qatarların hərəkətinin bərpa edildiyi qeyd olunur.

/Oxu.Az
OXŞAR XƏBƏRLƏR