Ukrayna rəsmisi İrana məxsus PUA-ların vurulduğunu açıqlayıb.
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, Rusiya ilə Ukrayna arasında müharibə davam edərkən Kiyev administrasiyası diqqətçəkən açıqlama yayıb.
Ukrayna Hərbi Hava Qüvvələrinin sözçüsü Yuri İhnat bu gün keçirdiyi mətbuat konfransında müharibənin gedişi ilə bağlı açıqlama verib.
Ukrayna rəsmisi İran istehsalı olan 300-dən çox "Şahed-136” kamikadze pilotsuz təyyarəsinin vurulduğunu açıqlayıb.
Qeyd edək ki, bir müddətdir İranın Rusiyaya pilotsuz təyyarələr göndərdiyinə dair iddialar olsa da, həm Moskva, həm də Tehran administrasiyası bu iddianı təkzib edib.
Ayşən