Ukrayna Prezident Ofisi: “Ukraynalıların qətlinə görə birbaşa İran məsuliyyət daşıyır”

Ukrayna Prezident Ofisi: “Ukraynalıların qətlinə görə birbaşa İran məsuliyyət daşıyır”
DÜNYA
19:09 17.10.2022
283
"Ukraynalıların qətlinə görə birbaşa İran məsuliyyət daşıyır”.

Bunu Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Mixaylo Podolyak tviterdə yazıb.

O bildirib ki, öz xalqına zülm edən İran indi Avropanın mərkəzində kütləvi qətllər törədən Rusiyanı silahlandırır.

M.Podolyakın fikrincə, rəsmi Tehrana tətbiq edilən sanksiyalar kifayət deyil.

Qeyd edək ki, İranın "Şahed” PUA-larının Ukraynadakı müharibədə istifadə olunmasına dair konkret faktlar var. Rəsmi Tehran isə Moskvaya PUA verməsini təkzib edir.
OXŞAR XƏBƏRLƏR