Ukrayna Prezidenti Çexiyada səfərdədir

Ukrayna Prezidenti Çexiyada səfərdədir
DÜNYA
21:05 04.05.2025
198
Ukrayna Prezidenti Volodimir Zelenski birinci xanımla birlikdə Çexiyaya rəsmi səfərə gəlib.

AZXEBER.COM "Report”a istinadən xəbər verir ki, bu barədə Zelenski teleqramda yazıb.

O, Çexiyaya prinsipial dəstəyinə və iki ölkə arasında əməkdaşlığın gücləndirilməsinə görə təşəkkür edib. O qeyd edib ki, Çexiyanın artilleriya təşəbbüsü səmərəli olub və bu əməkdaşlıq davam etdiriləcək.

"Əməkdaşlığın ayrı bir istiqaməti hərbi aviasiyamızın inkişafı, pilotlar üçün təlim proqramlarının genişləndirilməsi və F-16 donanmamızın təmin edilməsidir. Çexiya və aviasiya koalisiyasının digər iştirakçıları ilə birlikdə Ukrayna üçün yaxşı xəbərlər hazırlayırıq”, – Ukrayna lideri söyləyib.

Qeyd edək ki, Zelenski Çexiya Prezidenti Petr Pavel, Baş nazir Petr Fiala və xarici işlər naziri Yan Lipavski ilə görüşlər keçirməyi planlaşdırır. Görüşlər zamanı hərbi yardım, Ukraynanın Avropa və Avro-Atlantik inteqrasiyası, həmçinin təhlükəsizlik zəmanətlərinin müzakirəsi gözlənilir.
OXŞAR XƏBƏRLƏR