Ukrayna prezidenti ilə mübahisə edən jurnalistə cinayət işi açılıb

DÜNYA
01:52 29.11.2021
296
Ukrayna prezidenti ilə mübahisə edən jurnalistə cinayət işi açılıbVolodimir ZelenskiButusov barəsində cinayət işi açılıb.

"Report”un Şərqi Avropa bürosunun məlumatına görə, cinayət işini Ukrayna Dövlət İstintaq Bürosu (DİB) qaldırıb.

Buna səbəb jurnalistin ötən gün - Qolodomor faciəsinin ildönümü günü sosial şəbəkə hesabında paylaşım etdiyi video olub.

Jurnalistin paylaşdığı videoda bir müddət əvvəl hərbi məşğələlər zamanı 152 mm-lik D-20 tipli top-haubitsadan "İşğalçılara atəş!” şüarı ilə atəş açması əks olunub.

Cinayət işi ilə bağlı bildirilib ki, jurnalistin sosial şəbəkədə paylaşdığı bu cür materialların dərci Ukrayna dövlətinin informasiya təhlükəsizliyinə xələl gətirir və təcavüzkar dövlətin nümayəndələrinə Ukraynaya təzyiqləri artırmağa imkan verir.

OXŞAR XƏBƏRLƏR