Ukrayna prezidenti Viktor Yanukoviç ölkəni tərk edərək Çinə əvvəlcədən planlaşdırılan səfərə yollanıb.
AZXEBER.COM “Reuters”ə istinadən xəbər verir ki, bu barədə prezident administrasiyasındakı mənbə məlumat verib.Bu gün Ali Rada hökumətə etimadsızlıq məsələsini nəzərdə keçirəcək. Nazirlər Kabinetinin üzvləri iclasda iştirak etməyəcək.Baş nazir Nikolay Azarovun mətbuat xidmətinin məlumatına görə, hökumət üzvləri Nazirlər Kabineti binasına daxil ola bilməyiblər. Çünki onlara etirazçılar mane olublar.Ali Rada deputatları Azarov və hökumət məmurlarından sorğuya gəlməyi tələb edirlər.