Volodimir Zelenskidən sülhlə bağlı AÇIQLAMA

Volodimir Zelenskidən sülhlə bağlı AÇIQLAMA
DÜNYA
11:14 16.05.2023
167
Ukrayna prezidenti Volodimir Zelenski sosial media hesabındakı paylaşımında son 3 gündə ardıcıl olaraq İtaliya, Almaniya, Fransa və İngiltərəyə etdiyi səfərlərin nəticələrini dəyərləndirib.

AZXEBER.COM xəbər verir ki, Ukrayna prezidenti Volodimir Zelenski bildirib ki, ölkəsinin sülh formulu son xaricə səfərləri zamanı keçirdiyi bütün görüşlərdə müzakirə olunub.

Yeni müdafiə yardım paketləri ilə ölkəsinə qayıtdığını qeyd edən Zelenski paketlərdə cəbhə üçün daha yeni və güclü silahların olduğunu bildirib.

Səfərləri zamanı keçirdiyi bütün görüşlərdə Ukraynanın "sülh formulu”nun müzakirə edildiyini qeyd edən Zelenski deyib: "İndi tərəfdaşlar arasında bizim sülh düsturumuza əməl etməyə daha çox istək var”.

Ayşən
OXŞAR XƏBƏRLƏR