Ukrayna Prezidentinin Ofisi: “Rusiya süni şəkildə ərzaq böhranı yaradır”

Ukrayna Prezidentinin Ofisi: “Rusiya süni şəkildə ərzaq böhranı yaradır”
DÜNYA
19:34 11.06.2022
501
"Rusiya qoşunları yandırıcı güllələrlə atəşə tutaraq əkin sahələrini məhv edir”.

AZXEBER.COM "Report"a istinadən xəbər verir ki, bunu Ukrayna Prezidenti Ofisinin rəhbəri Andriy Yermak bildirib.

A.Yermak deyib ki, qlobal ərzaq böhranı yaradanlar Ukrayna məhsulunu da məhv etmək istəyirlər.

Onun sözlərinə görə, Ukrayna hərbçiləri düşmənlə döyüşməklə yanaşı, həm də yanğınları söndürürlər.

"Döyüşçülərimiz yanğınları söndürür. "Qida terroru”na son qoyulmalıdır. Biz müttəfiqlərimizlə ərzaq böhranının həlli yollarını müzakirə edirik”, - A.Yermak əlavə edib.
OXŞAR XƏBƏRLƏR