Ukrayna Prezidentinin ofisinin rəsmisi: “Sumı və Çerniqov şəhərləri bizim nəzarətimizdədir”

Ukrayna Prezidentinin ofisinin rəsmisi: “Sumı və Çerniqov şəhərləri bizim nəzarətimizdədir”
DÜNYA
23:55 26.02.2022
392
"Sumı və Çerniqov şəhərləri bizim nəzarətimizdədir və döyüşçülərimiz işğalçılara müqavimət göstərir".

Bu barədə Ukrayna Prezidentinin ofis rəhbərinin müşaviri Aleksey Arestoviç məlumat verib.

"Sumının guya yarısının təcavüzkarların tabeliyinə keçməsi barədə yayılan məlumatlara baxmayaraq, yenilənmiş məlumata görə, Sumı tamamilə bizim nəzarətimizdədir. Sumının müdafiəsini həmçinin keçmiş hərbçilər, eləcə də adi vətəndaşlar təşkil ediblər. Onlar hətta düşmən istiqamətində uğurlu həmlələr edir, onların yanacaq daşıyan maşınlarını yandıraraq sıradan çıxarırlar”, - deyə Aleksey Arestoviç vurğulayıb.
OXŞAR XƏBƏRLƏR