Ukrayna Putinin Zelenski ilə Moskvada görüş təklifini rədd etdi - "Putin hamını ələ salır"

Ukrayna Putinin Zelenski ilə Moskvada görüş təklifini rədd etdi - "Putin hamını ələ salır"
DÜNYA
13:17 04.09.2025
179
"Putin bilərəkdən qəbuledilməz təkliflər irəli sürərək hamını ələ salmağa davam edir. Yalnız artan təzyiq Rusiyanı sülh prosesinə ciddi yanaşmağa məcbur edə bilər".

AZXEBER.COM xarici KİV-ə istinadən xəbər verir ki, bu fikirləri Ukraynanın xarici işlər naziri Andriy Sybiha "X" hesabında yazıb.
  
Nazir bəyan edib ki, ən azı yeddi ölkə Ukrayna və Rusiya arasında müharibəyə son qoymaq üçün liderlər səviyyəsində danışıqlara ev sahibliyi etməyə hazırdır.

Sybiha Putinin dəvətinə Zelenskinin həmişə hazır olduğunu qeyd edib:
 
"Bunlar ciddi təkliflərdir və Prezident Zelenski hər an belə görüşə hazırdır, lakin Putin qəsdən qəbuledilməz təkliflər irəli sürərək hamını ələ salmağa davam edir. Yalnız artan təzyiqlər nəhayət Rusiyanı sülh prosesinə ciddi yanaşmağa məcbur edə bilər".
 
Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin Ukrayna müharibəsi barədə razılıq əldə etmək üçün Volodimir Zelenskini Moskvaya dəvət edib və onunla görüşə hazır olduğunu bildirib.
 
Mikayıl
OXŞAR XƏBƏRLƏR