Ukrayna qarışdı - 4 yerdə partlayış

Ukrayna qarışdı - 4 yerdə partlayış
DÜNYA
15:45 27.04.2012
2366
Ukraynanın Dnepropetrovsk şəhərində bir-birinin ardınca 4 partlayış baş verib.
AZXEBER.COM-un məlumatına görə, partlayışlar tramvay dayanacağında, Akademik Opera və Balet teatrının yanında, park və fontan yaxınlığında baş verib. Nəticədə 14 nəfər yaralanıb. Onlardan 3-nün vəziyyətinin ağır olduğu bildirilir.Partlayışların baş verdiyi yerlərdə nəqliyyatın hərəkəti dayandırılıb, böyük tıxaclar meydana gəlib. Ukraynanın daxili işlər naziri Vitali Zaxarçenko təcili olaraq Dnepropetrovsk şəhərinə gəlib.
OXŞAR XƏBƏRLƏR