Ukrayna Rusiyaya cavab vermək üçün Qərbin silahlarından istifadə etməyə icazə istəyəcək.
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, bunu Brüsseldə Avropa İttifaqına üzv həmkarları ilə görüşəcək Ukraynanın xarici işlər naziri Dmitri Kuleba deyib.
O, qeyd edib ki, Ukrayna Rusiyaya cavab vermək üçün Qərb silahlarından istifadə etmək üçün icazə istəyəcək və bununla bağlı məhdudiyyətlərin aradan qaldırılmasını tələb edəcək.
Kuleba Avropanın uzunmüddətli təhlükəsizliyinin Ukrayna üçün qısamüddətli cəsarətli qərarlarla başlayacağını bildirib:
"Əgər bizə kifayət qədər raketlər və zərbə endirməyə icazə verilsə, Rusiyanın kritik infrastrukturumuza zərər vurmaq və vəziyyəti yaxşılaşdırmaq imkanlarını əhəmiyyətli dərəcədə azaldacağıq".
Gülay