Ukrayna qüvvələri Baxmutda əks-hücuma keçdi

Ukrayna qüvvələri Baxmutda əks-hücuma keçdi
DÜNYA
12:11 01.05.2023
163
Ukrayna Silahlı Qüvvələrinin bölmələri Baxmut şəhərində əks-hücuma keçib.

AZXEBER.COM Ukrayna mediasına istinadən xəbər verir ki, Ukrayna Silahlı Qüvvələrinin bölmələri Baxmut şəhərində əks-hücuma keçib, rus hərbçilər bəzi mövqeləri tərk edib.

Əks-hücum haqda məlumatı Ukrayna Silahlı Qüvvələrinin Quru Qoşunlarının komandanı, general-polkovnik Aleksandr Sırski məlumat verib.
 
O, vəziyyətin olduqca mürəkkəb olduğunu bildirib:
"İrəli getmək üçün düşmən maksimum səy göstərir. Əhəmiyyətli itkilərə baxmayaraq, elit döyüşçü dəstələri, müxtəlif şəxsi şirkətlərin döyüşçüləri və paraşütçülər daim döyüşə atılırlar, lakin düşmən Baxmutu nəzarət altına ala bilmir. Vəziyyət olduqca mürəkkəbdir”.
 
Gülay
OXŞAR XƏBƏRLƏR