Ukrayna rəsmi olaraq Aİ-nin Vahid Rouminq Məkanına qoşulur

Ukrayna rəsmi olaraq Aİ-nin Vahid Rouminq Məkanına qoşulur
DÜNYA
18:13 12.01.2026
310
Ukrayna rəsmi olaraq Avropa İttifaqının (Aİ) Vahid Rouminq Məkanına qoşulur.

Bu barədə Avropa İttifaqının Ukraynadakı nümayəndəliyi məlumat yayıb.

Bildirilib ki, bu münasibətlə yanvarın 12-də Kiyevdə tədbir keçirilib. Beləliklə, Ukrayna üçün yeni rouminq rejimi Aİ-yə üzv dövlətlərlə eyni şərtlər daxilində olacaq.

Məlumata görə, eyni qaydalar Aİ ölkələrindən Ukraynaya səfər edən abunəçilərə də şamil olunur.
 
///apa
OXŞAR XƏBƏRLƏR