"Rusiya Federasiyası gələcəkdə baş verəcək hadisələrdən çox narahatdır".
Bunu Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Oliksiy Danilov "Radio Svaboda”ya müsahibəsində bildirib.
O, əks-hücum əməliyyat haqqında məlumatın qapalı olduğunu vurğulayıb: "Ukrayna Silahlı Qüvvələrinin gələcək əks-hücum əməliyyatının yeri və tarixini Yer kürəsində 5-dən çox adam bilmir”.
O.Danilov deyib ki, hadisələr Rusiya Federasiyasının xeyrinə olmayacaq: "Biz nə və niyə etdiyimizi bilirik. Ancaq Rusiyanın ərazimizə niyə soxulduğunu başa düşmürük?! Amma inanın mənə, hamısı buradan ya gedəcək, ya ərazilərimizi könüllü tərk edəcək, ya da ora "Karqo 200” adlı yüklə göndəriləcək”.
///Report