Ukrayna Rusiya ilə sərhəddə hasar tikir

DÜNYA
10:42 20.06.2014
1165

"Rusiya ilə sərhədin möhkəmləndirilməsinə ukraynalı oliqarx pul buraxır. Ukraynanın ən varlı adamlarından biri olan milyarder İqor Kolomoiski Rusiya ilə sərhədi möhkəmlətməyə öz cibindən 100 milyon avro verir". ANS PRESS-in məlumatına görə, bu haqda "Times" qəzeti yazıb. Ukraynaın ən böyük kommersiya bankının sahibi olan Kolomoiski bundan əvvəl tutulan hər Rusiya yaraqlısına görə mükafat təyin etmişdi. İndi isə Dnepropetrovsk vilayətinin qubernatoru olan Kolomoiski təklif edir ki, Rusiya ilə 1500 km-lik sərhəddə 2 metr hündürlüyündə hasar tikilsin, bu hasara həyəcan siqnalları qoyulsun, polad məftillər çəkilsin, minalanmış zolaq yaradılsın və xəndəklər qazılsın. Onun fikrincə, 6 aya belə səddi tikmək olar və Rusiya birdəfəlik səddin o tayında qalacaq. Kolomoiski öz təklifini prezident Poroşenkoya təqdim edib. Ukrayna mediasının məlumatına görə, Ukraynanın sərhəd xidmətinin rəhbərinin köməkçisi Astaxov təklifi bəyənir. Yuliya Timoşenkonun partiyasından olan millət vəkili Stoyko da deyib ki, bu, kimin təklifi olmasından asılı olmayaraq yaxşı təklifdir və belə sədd tikilməlidir. Kiyevin meri Vitali Kliçkonun "UDAR" partiyasından olan deputat Rizanenko isə deyir ki, belə sədd əslində bir neçə il qabaq tikilməli idi.

OXŞAR XƏBƏRLƏR