Çin beyin mərkəzləri Ukraynada müharibənin 2023-cü ilin yayında başa çatacağına düşünür.
AZXEBER.COM Ukrayna mediasına istinadən xəbər verir ki, iddialara görə, müharibədə qalib Rusiya olacaq və Putinin "sülh planı” işə düşəcək.
Pekində Çin Kommunist Partiyasının nəzarətində olan aparıcı beyin mərkəzi Ukraynadakı müharibə ilə bağlı hesabat yayıb. Sənəddə Ukrayna ərazisindəki hərbi əməliyyatların təxminən 2023-cü ilin yayına qədər davam edəcəyi bildirilib.
Müharibənin başa çatmasının əsas səbəbi Ukrayna və Rusiya iqtisadiyyatlarının tükənməsidir ki, bu da payızda döyüşlərin davam etdirilməsinə imkan verməyəcək. Hesabatda qeyd olunur ki, guya qalib tərəf Rusiya olacaq.
Gülay