Ukrayna Rusiyanın mövqelərini darmadağın etdi

Ukrayna Rusiyanın mövqelərini darmadağın etdi
DÜNYA
21:54 23.11.2025
141
Ukrayna ordusu Pokrovsk və Donetskdə Rusiyanın əsas mövqelərinə, silah-sursat anbarlarına zərbələr endirib.

AZXEBER.COM xəbər verir ki, bu haqda Ukrayna Xüsusi Əməliyyat Qüvvələri məlumat yayıb.

Məlumata görə, əməliyyat nəticəsində Rusiya ordusu əhəmiyyətli itkilər verib.

O da qeyd edilib ki, xüsusi əməliyyatlar "Middle strike” dronları ilə həyata keçirilib.

Hədəf Rusiya qoşunlarının istehkamları, aktiv yük trafiki ilə hərbi bazaya çevrilən keçmiş istehsal və anbar binaları olub.
OXŞAR XƏBƏRLƏR