Ukrayna Rusiyaya məxsus qaz qurğusunu vurdu, 40-a yaxın şəxs öldü

DÜNYA
17:11 10.08.2024
154
Ötən gecə Ukrayna Hərbi Dəniz Qüvvələri Baş Kəşfiyyat İdarəsi ilə birlikdə Qara dənizdə Rusiyanın qaz qurğusuna hücum edib.

AZXEBER.COM APA-ya istinadən xəbər verir ki, bu barədə Hərbi Dəniz Qüvvələrinin spikeri Dmitri Pletençuk zərbənin internetdə yayılan videosunu şərh edərkən bildirib.

O qeyd edib ki, Rusiya bu yerdən mülki gəmiçiliyə təhlükə yaratmaq məqsədilə GPS saxtakarlığı edirmiş.

Hücum nəticəsində 40-a yaxın heyətin məhv edildiyi vurğulanıb.
OXŞAR XƏBƏRLƏR