Ukrayna səfiri: "Ölən dinc sakinlər arasında uşaqlar da var"

Ukrayna səfiri: "Ölən dinc sakinlər arasında uşaqlar da var"
SİYASƏT
15:16 25.02.2022
588
"Rusiyanın Ukraynaya qarşı başladığı müharibənin ikinci günüdür. Bu müddət ərzində 57 dinc sakin, o cümlədən 2 uşaq həlak olub".

AZXEBER.COM xəbər verir ki, bunu Ukraynanın Azərbaycandakı səfiri Vladislav Kanevskiy mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, Rusiya ordusu paytaxt Kiyev və başqa dinc şəhərləri atəşə tutur. Ötən gecə paytaxta raket hücumu nəticəsində yaşayış binasında yanğın olub, yaralılar var.

Diplomat bu cür raket hücumlarını 44 günlük Vətən müharibəsi dövründə Gəncədə baş verənlərlə müqayisə edib.
OXŞAR XƏBƏRLƏR