Ukrayna səfiri: Sülhün bərpası xəyal olaraq qalır

Ukrayna səfiri: Sülhün bərpası xəyal olaraq qalır
DÜNYA
18:56 08.04.2024
126
Ukraynada sülhün bərpası xəyal olaraq qalır.

Bunu Ukraynanın Türkiyədəki səfiri Vasili Bodnar Türkiyə KİV-nə müsahibəsində deyib.

O bildirib ki, Rusiya tutduğu ərazilərdən çəkilsə, atəşkəs olar: "Amma Rusiyanın belə bir addım atacağı hələ ki inandırıcı görünmür. Rusiya getdikcə silahlanır, ordunu gücləndirir. Bizim prioritetimiz yay aylarında İsveçrədə keçiriləcək sülh zirvəsidir. Martın 8-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və ukraynalı həmkarı Volodimir Zelenski də bu məsələni müzakirə etdi”.

Diplomatın sözlərinə görə, Rusiya silahlanmanı gücləndirdiyi üçün Ukrayna da getdikcə silahlanır: "Belə bir vəziyyətdə sülhün bərpası xəyaldır”.

Xatırladaq ki, Rusiya ilə Ukrayna arasında müharibə 2022-ci il fevralın 24-də başlayıb. Ukrayna Prezidenti Volodimir Zelenski daha əvvəl bildirib ki, Qərb dəstəyi dayandırsa, ölkəsi geri çəkiləcək. ABŞ hələ ki Ukraynaya yardımı dayandırıb. Bundan əvvəl xarici KİV-lər yazmışdı ki, ABŞ Ukraynadan hücumdan müdafiə strategiyasına keçməyi tələb edir.
 
///Report
OXŞAR XƏBƏRLƏR