Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı: Yüz milyonlarla avropalı radiasiya təhlükəsi altındadır

Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı: Yüz milyonlarla avropalı radiasiya təhlükəsi altındadır
DÜNYA
22:43 29.03.2022
491
Rusiya qüvvələrinin Çernobıl zonasındakı fəaliyyəti yüz milyonlarla avropalının radiasiya təhlükəsi ilə üzləşməsinə səbəb ola bilər.

AZXEBER.COM "Report"a istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı feysbuk səhifəsində məlumat yayıb.

"Rusiya və onun beynəlxalq təşkilatlardakı çoxsaylı agentləri Moskva tərəfindən Çernobıl AES-in yaxınlığında külli miqdarda döyüş sursatının daşınması və yığılması faktlarını təkzib edirlər. Bu, hər an partlayışa səbəb ola bilər", - paylaşımda deyilir.
OXŞAR XƏBƏRLƏR