Ukrayna Silahlı Qüvvələrinin sözçüsü: “Rusiya Baxmutda iri miqyaslı hücuma keçib”

Ukrayna Silahlı Qüvvələrinin sözçüsü: “Rusiya Baxmutda iri miqyaslı hücuma keçib”
DÜNYA
19:46 06.05.2023
263
"Düşmən Baxmut istiqamətində maksimum fəallıq nümayiş etdirir. Son gün ərzində 23 toqquşma baş verib. Üstəlik, 4 dəfə havadan zərbə endirilib və bizim mövqelərimiz 35 dəfə artilleriya və reaktiv yaylım atəş sistemi ilə atəşə tutulub".

Bunu "Report"un Şərqi Avropa bürosuna açıqlamasında Ukrayna Silahlı Qüvvələrinin Şərq cəbhəsi üzrə sözçüsü Sergey Çerevatıy bildirib.

"Son toqquşmalar zamanı 138 işğalçı öldürülüb, 182 nəfər isə yaralanıb. Ukrayna Rusiyaya məxsus "T-72” tankını, özüyeriyən artilleriya qurğusu olan "Qvozdika”nı, radioelektron mübarizə stansiyasını, 3 pilotsuz uçuş aparatını (PUA) və döyüş sursatlarının saxlanıldığı 3 anbarı məhv edib. Atışmaların miqyasından və məhv edilən döyüş sursatlarının saxlanıldığı anbarlarının sayından (dünən bu rəqəm 10 idi-red) göründüyü kimi, Rusiya qoşunlarında döyüş sursatları ilə bağlı "aclıqdan” söhbət belə gedə bilməz. Ümumiyyətlə, təkcə bizim istiqamətdə düşmən 25 min mərmidən istifadə edib”, - Sergey Çerevatıy qeyd edib.

"Vaqner” özəl hərbi şirkətinin qurucusu Yevgeni Priqojin döyüş sursatları ilə bağlı "aclıq” məsələsini ortaya ataraq döyüş tapşırıqlarını yerinə yetirə bilmədiyini gizlətməyə çalışır. Birincisi, Ukrayna ordusu hər gün Baxmut istiqamətində 100-dən çox "vaqnerçi”ni və digər işğalçıları öldürür. İkincisi, onlar keçmiş məhbuslar hesabına öz sıralarını doldura bilmir, çünki məhbuslar ölümə getməkdən imtina edir. Onlar bunun bir istiqamətli "bilet” olduğunu anlayırlar.

Rusiya Prezidenti Administrasiyası "Vaqner”ə döyüşçülərin sayını bərpa etməyə o qədər də çox yardım göstərmir. Bundan başqa, Rusiya Silahlı Qüvvələri məhbusları "Z” adlı hücum qüvvələrinə cəlb etməyə çalışır. Hələ təxminən 1 ay əvvəl bildirmişdik ki, əgər bu tendensiya davam etsə, bu "Vaqner”in döyüşdüyü son istiqamət olacaq və onlar məhz burada məhv ediləcək"- o, əlavə edib.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Xəzərdə suyun səviyyəsinin azalması balıqçılıq sektoru üçün çətinliklər yaradıb - VİDEO
07:10 26.03.2026
Xəzərdə suyun səviyyəsinin azalması balıqçılıq sektoru üçün çətinliklər yaradıb - VİDEO
Aİ və Çin Ukrayna, İran və Tayvanla bağlı hərbi məsləhətləşmələr aparıb
05:39 26.03.2026
Aİ və Çin Ukrayna, İran və Tayvanla bağlı hərbi məsləhətləşmələr aparıb
Karibdə narkotik əməliyyatı: ABŞ qayığı vuruldu
05:32 26.03.2026
Karibdə narkotik əməliyyatı: ABŞ qayığı vuruldu
Putin Rusiyadan 100 qramdan artıq qızıl külçələrin ixracını qadağan edib
03:07 26.03.2026
Putin Rusiyadan 100 qramdan artıq qızıl külçələrin ixracını qadağan edib
Ağ Evdən sərt xəbərdarlıq: Tramp İranı daha güclü zərbə ilə hədələyir
02:49 26.03.2026
Ağ Evdən sərt xəbərdarlıq: Tramp İranı daha güclü zərbə ilə hədələyir
Buşehr AES-də gərginlik artır: 163 nəfər daha təxliyə olundu
02:31 26.03.2026
Buşehr AES-də gərginlik artır: 163 nəfər daha təxliyə olundu
Netanyahu: "İsrail Livanda genişləndirilmiş bufer zonası yaradır"
02:21 26.03.2026
Netanyahu: "İsrail Livanda genişləndirilmiş bufer zonası yaradır"
İran XİN başçısı: Tehran Hörmüz boğazından dost ölkələrin gəmilərinin keçidinə icazə verib
01:34 26.03.2026
İran XİN başçısı: Tehran Hörmüz boğazından dost ölkələrin gəmilərinin keçidinə icazə verib
Xaricdən gətirilən avtomobillərdə gecikmə: qiymətlər arta bilər - Video
01:09 26.03.2026
Xaricdən gətirilən avtomobillərdə gecikmə: qiymətlər arta bilər - Video
"Deyir ki, sizə göz verib işıq verməyəcəyəm" - Bibi və qardaşı qızı arasında ev davası - VİDEO
00:49 26.03.2026
"Deyir ki, sizə göz verib işıq verməyəcəyəm" - Bibi və qardaşı qızı arasında ev davası - VİDEO
Qalmaqallı prokuror işdən çıxarıldı
00:07 26.03.2026
Qalmaqallı prokuror işdən çıxarıldı
Xəstəxanaya aparılırdı, yolda qardaşı ilə birgə öldü
00:05 26.03.2026
Xəstəxanaya aparılırdı, yolda qardaşı ilə birgə öldü
Bu şəxslərin pensiyası övladına veriləcək
23:52 25.03.2026
Bu şəxslərin pensiyası övladına veriləcək
Hava şəraiti dəyışəcək XƏBƏRDARLIQ - Video
23:45 25.03.2026
Hava şəraiti dəyışəcək XƏBƏRDARLIQ - Video
Əraqçi: Düşmənin İranı parçalamaq planları iflasa uğrayıb
23:33 25.03.2026
Əraqçi: Düşmənin İranı parçalamaq planları iflasa uğrayıb
Tramp yaxın günlərdə atəşkəs elan edə bilər
23:12 25.03.2026
Tramp yaxın günlərdə atəşkəs elan edə bilər