Ukrayna Şimali Koreya ilə bütün əlaqələri kəsir: Səbəb budur

Ukrayna Şimali Koreya ilə bütün əlaqələri kəsir: Səbəb budur
DÜNYA
16:02 14.07.2022
267
Ukrayna Donetsk və Luqanskı tanıyan Şimali Koreya ilə əlaqələri kəsir.

AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, Ukrayna Donetsk və Luqansk hökumətlərinin müstəqilliklərini tanımaq qərarına gəldiyini əsas gətirərək Şimali Koreya ilə diplomatik əlaqələri kəsdiyini açıqlayıb.

"Şimali Koreya ilə diplomatik əlaqələr qeyri-dost hərəkətə cavab olaraq kəsilib", - nazirliyin bəyanatında deyilir və qərarı qəti şəkildə pisləyir.

Qeyd edək ki, dünən Şimali Koreyanın Ukraynanın Donbass bölgəsindəki rusiyayönlü administrasiyaların müstəqilliyini tanımaq qərarına gəldiyi açıqlanıb. Donetsk Xalq Respublikasının (DXR) lideri Denis Puşilin Şimali Koreyanın müstəqilliyini tanımaq qərarını "diplomatik qələbə” kimi qiymətləndirib. Şimali Koreya Rusiya və Suriyadan sonra Donetsk və Luqanskın müstəqilliyini tanıyan üçüncü ölkə olub.
 
Ayşən
OXŞAR XƏBƏRLƏR