Ukrayna SQ: Baxmutdakı “Vaqnerçi”lər sursat yox, döyüşçü sıxıntısı yaşayır

Ukrayna SQ: Baxmutdakı “Vaqnerçi”lər sursat yox, döyüşçü sıxıntısı yaşayır
DÜNYA
19:43 05.05.2023
260
Baxmutdakı "Vaqner” dəstələri sursat yox, döyüşçü azlığı sıxıntısı yaşayır.

Bunu Ukrayna Silahlı Qüvvələrinin şərq qoşun qrupunun nümayəndəsi Sergey Çerevatı deyib.

O bildirib ki, "Vaqner”in rəhbəri Yevgeni Priqojinin açıqlamalarına baxmayaraq, Baxmut şəhərinə hücumlar davam edir və Rusiya hərbi rəhbərliyi arasında daxili qarşıdurma olması, "Vaqner” döyüşçülərinin silah-sursat çatışmazlığı səbəbindən Priqojin öz üzərinə diqqət cəlb etməyə çalışır. "Son sutka ərzində 137 işğalçı məhv edilib, 202-si yaralanıb, Rusiya ordusu ağır itkilər verib, lakin buna baxmayaraq, döyüşlərin intensivliyi azalmır. Düşünürəm ki, ruslar hər şey edirlər ki, 9 maya kimi Baxmutu ələ keçirə bilsinlər”, - Çerevatı əlavə edib. O həmçinin vurğulayıb ki, Rusiya Müdafiə Nazirliyi "Vaqner” dəstələrinə lazımi qədər kömək göndərmir, ona görə də Priqojinin bu cür bəyanatları döyüş meydanından getmək üçün bəhanədir.

Xatırladaq ki, bu gün "Vaqner” özəl hərbi şirkətinin rəhbəri Yevgeni Priqojin videoaçıqlama ilə müraciət edərək, silah-sursat çatışmazlığı səbəbindən mayın 10-da Baxmutu tərk edəcəklərini söyləyib. O, Rusiya müdafiə naziri Sergey Şoyqu və Silahlı Qüvvələrin Baş Qərargah rəisi Valeri Gerasimovu tutduqları vəzifələrin öhdəsindən gələ bilməməkdə, bilərəkdən "Vaqner” qruplaşmasını silah-sursatla təmin etməməkdə ittiham edib.
 
///APA
OXŞAR XƏBƏRLƏR