"Zirehli döyüş texnikası Koalisiyası” Ukrayna Silahlı Qüvvələrinin (SQ) potensialının gücləndirilməsi məqsədilə Polşada fəaliyyətə başlayıb.
Bu barədə Ali Radanın Maliyyə Komitəsinin rəhbəri Daniil Qetmantsev teleqram kanalında məlumat verib.
Onun sözlərinə görə, Varşavada daha bir koalisiyanın iştirakçılarının təsis yığıncağı baş tutub: "Onun təşəbbüskarları Almaniya və Polşadır. Hazırda Böyük Britaniya, İtaliya və İsveç onun işində iştirak edir”.
O bildirib ki, koalisiyanın məqsədi Ukraynanı silah və sursatla təmin etmək, avadanlıqlara texniki qulluq və təmir, o cümlədən texniki və hərbi kadrların hazırlanması olacaq.
///Report