"Zaporojye vilayətində müdafiə xəttini yarmışıq, Rusiya qoşunları geri çəkilir”.
Bunu Ukrayna Silahlı Qüvvələrinin nümayəndəsi Nataliya Qumenyuk deyib.
Onun sözlərinə görə, artıq düşmən həmin ərazilərdə möhkəmlənə bilməz: "Belə şansları yoxdur. Bizim irəlilədiyimiz isə göz qabağındadır. Ona görə də qarşı tərəf geri çəkilir”.
N.Qumenyuk bildirib ki, azad edilən hər bir ərazi Ukrayna üçün vacibdir: "Azad edilən hər bir yaşayış məntəqəsi möhkəmlənməyimiz üçün əhəmiyyətlidir. Ukrayna Silahlı Qüvvələrinin irəliləməsi düşmənə çox güclü psixoloji təzyiqdir”.
Qeyd edək ki, dünən, avqustun 28-də Ukrayna ordusu Zaporojye vilayətindəki Robotino kəndini azad etmişdi. Bundan sonra həmin əməliyyatın komandiri Zaporojyedə Rusiyanın ən güclü müdafiə xəttinin yarıldığını açıqlamışdı.
///report