Ukrayna susuz, işıqsız və istiliksiz qala bilər: Arestoviç ukraynalıları hazır olmağa çağırdı

Ukrayna susuz, işıqsız və istiliksiz qala bilər: Arestoviç ukraynalıları hazır olmağa çağırdı
DÜNYA
20:10 21.10.2022
386
Ukrayna susuz, işıqsız və istiliksiz qala bilər.

AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, son həftələr Rusiya ordusu Ukraynanın enerji infrastrukturuna hücumlar edir.

Rusiyanın kritik infrastrukturu atəşə tutması səbəbindən Ukrayna həftələrlə, hətta aylarla su, işıq və istilik olmayacaq vəziyyətə düşə bilər.

Bunu OPU-nun müşaviri Arestoviç Yuliya Latınina müsahibəsində deyib: 

"Bu vəziyyət asan deyil. İstilik elektrik stansiyalarımızın və ya elektrik generasiya obyektlərimizin 30 faizi vurulub”.

Aretoviç ukraynalıları hər bir vəziyyətə hazır olmağa çağırıb. O, ukraynalıların bütün çətinliklərin öhdəsindən gələcəyinə inandığını da bildirib.
 
Ayşən
OXŞAR XƏBƏRLƏR