Ukrayna telekanalı Azərbaycan səfirinin müsahibəsini yayımlayıb - FOTO-VİDEO

Ukrayna telekanalı Azərbaycan səfirinin müsahibəsini yayımlayıb - FOTO-VİDEO
SİYASƏT
18:26 09.09.2020
1331

Azərbaycan ilə Ukrayna arasında dostluq əlaqələrində ən uğurlu məqam siyasi münasibətlərdə hər hansı fikir ayrılığının olmamasıdır. Hər iki ölkə beynəlxalq arenada bir-birinin ədalətli mövqeyini açıq şəkildə müdafiə edir.

AZERTAC xəbər verir ki, bu fikri "Ukrayna 24” telekanalına müsahibəsində Azərbaycanın Ukraynadakı səfiri Elmira Axundova söyləyib.

Səfir bildirib ki, Azərbaycan və Ukrayna beynəlxalq təşkilatlarda vahid mövqedən çıxış edir, qarşılıqlı etimad göstərirlər. Ancaq iqtisadi münasibətləri inkişaf etdirmək, ticarət dövriyyəsini artırmaq lazımdır. Bunun üçün mövcud potensialdan maksimum istifadə etmək vacibdir.

"Azərbaycan bir sıra beynəlxalq nəqliyyat layihələrinin müəllifidir. Transxəzər Beynəlxalq Nəqliyyat Dəhlizi vasitəsilə yükdaşımaları sahəsindəki potensialdan yetərincə istifadə edilməlidir. Burada yükdaşımalarında sərfəli tarif məsələsi müzakirə edilərək həllini tapmalıdır. Bundan başqa, GUAM ölkələri arasında azad iqtisadi zonanın yaradılması layihəsi müzakirə olunur.

Burada da əsas problem tarifin müəyyənləşdirilməsi, gömrük məsələləridir. Bu istiqamətdə də müzakirələr davam etdirilir”, - deyə Elmira Axundova bildirib.

Müsahibəsində təhsil mövzusuna da toxunan diplomat Ukraynada təxminən 7 min azərbaycanlının təhsil aldığını söyləyib.

Qeyd edək ki, müsahibədən əvvəl Elmira Axundova "Ukrayna” və "Ukrayna 24” telekanallarının İnformasiya yayımı üzrə direktoru Yuriy Qusak və "Ukrayna 24” telekanalının baş redaktoru Vitaliy Tarasov ilə görüşüb.

Görüşdə Azərbaycan ilə Ukrayna telekanalları arasında əməkdaşlığın qurulması, birgə layihələrin reallaşdırılması məsələləri müzakirə edilib.




OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Gürcüstan Çin - Qırğızıstan - Özbəkistan marşrutunda iştirakda maraqlıdır
21:46 12.10.2026
Gürcüstan Çin - Qırğızıstan - Özbəkistan marşrutunda iştirakda maraqlıdır
Almaniya kansleri Avropanın Rusiyadan dizel yanacağı almayacağına söz verdi
21:36 12.10.2026
Almaniya kansleri Avropanın Rusiyadan dizel yanacağı almayacağına söz verdi
Latviya Rusiyanın NATO-ya meydan oxumaq iqtidarında olmadığına əmindir
21:29 12.10.2026
Latviya Rusiyanın NATO-ya meydan oxumaq iqtidarında olmadığına əmindir
Sabunçuda psixotrop maddə qəbul edən şagird məktəbdə intihara cəhd edib
21:20 12.10.2026
Sabunçuda psixotrop maddə qəbul edən şagird məktəbdə intihara cəhd edib
Bu ərazilərdə qaz olmayacaq
21:16 12.10.2026
Bu ərazilərdə qaz olmayacaq
"Slaviya"nın baş məşqçisi: "Sabah" "Barselona"ya bənzəyən bir komandadır
21:13 12.10.2026
"Slaviya"nın baş məşqçisi: "Sabah" "Barselona"ya bənzəyən bir komandadır
Prezident təqaüdçülərinin universitetlər üzrə bölgüsü açıqlanıb
21:09 12.10.2026
Prezident təqaüdçülərinin universitetlər üzrə bölgüsü açıqlanıb
Dövlət ümumi təhsil müəssisələrində geyim qaydalarının icrasına dair monitorinqlərə başlanılıb
20:59 12.10.2026
Dövlət ümumi təhsil müəssisələrində geyim qaydalarının icrasına dair monitorinqlərə başlanılıb
Masazırda avtomobilləri yandıran şəxslər həbs edilib
20:57 12.10.2026
Masazırda avtomobilləri yandıran şəxslər həbs edilib
Türkiyədə mikroavtobus aşıb, 28 nəfər xəsarət alıb
20:55 12.10.2026
Türkiyədə mikroavtobus aşıb, 28 nəfər xəsarət alıb
Azərbaycanla Kanada arasında qarşılıqlı maraq doğuran məsələlər müzakirə olunub
20:49 12.10.2026
Azərbaycanla Kanada arasında qarşılıqlı maraq doğuran məsələlər müzakirə olunub
İqnasio Kassis Ermənistan və Gürcüstana səfər edəcək
20:44 12.10.2026
İqnasio Kassis Ermənistan və Gürcüstana səfər edəcək
Kəmaləddin Heydərov İranın daxili işlər naziri ilə görüşüb
20:38 12.10.2026
Kəmaləddin Heydərov İranın daxili işlər naziri ilə görüşüb
Səfir: Ukraynadan daha 30 uşaq reabilitasiya üçün Azərbaycana gəlib
20:33 12.10.2026
Səfir: Ukraynadan daha 30 uşaq reabilitasiya üçün Azərbaycana gəlib
ABŞ, Böyük Britaniya və daha 27 ölkə İrana qarşı bəyanatlarla çıxış edib
20:29 12.10.2026
ABŞ, Böyük Britaniya və daha 27 ölkə İrana qarşı bəyanatlarla çıxış edib
AAYDA sədri Peşəkar Boks Federasiyasının prezidenti seçilib
20:23 12.10.2026
AAYDA sədri Peşəkar Boks Federasiyasının prezidenti seçilib