Ukrayna televiziyası Heydər Əliyevin 90 illik yubileyinə həsr olmuş film çəkir

SİYASƏT
13:56 08.05.2013
2193

Ukraynanın Dövlət Televiziyası Ulu Öndər Heydər Əliyevin 90 illik yubileyinə həsr olmuş” Liderlik dərsi “adlı sənədli filmin çəkilişinə başlayıb.

AZXEBER.COM-un məlumatına görə, Ukrayna Milli televiziyasının tanınmış jurnalisti Sergey Sivalap və yazıçı-publisist , iqtisad elmlər doktoru Əlibala Məhərrəmzadənin senarisi əsasında çəkilən filmdə dahi Ulu Öndər Heydər Əliyevin zəngin və mənalı ömür yoluna nəzər salınacaq. Əlibala Məhərrəmzadə verdiyi açıqlamada bu filmin çəkilişinin əsas səbəblərindən birini, Ulu Öndər Heydər Əliyevin tək xalqımız üçün deyil, dost dövlətlər qarşısında da danılmaz xidmətlərini geniş beynəlxalq cəmiyyətə nümayiş etdirmək olduğunu söyləmişdir. Film sənədli analitik araşdırmalar xətti üzrə qurulub. Əlibala Məhərrəmzadənin bundan öncə bir neçə (“ Prezident İlham Əliyevin iqtisadi və siyasi strategiyası” “Xocalı Soyqırımı” və digər) analitik kitabların müəllifi olması, Rejissorun və redaktorların təcrübəsi, filmin yüksək peşəkarlıqla hazırlanmasına dəlalət edir. Filmdə 20-ci və 21-ci əsrin fenomenal şəxsiyyətlər səlnaməsinə əbədi imza atmış Dahi Öndər Heydər Əliyevin müstəqil Azərbaycan Dövlətinin qurulmasında və inkişaf etdirilməsində tarixi xidmətləri, onun dünyanın elitar siyasi xadimləri arasında böyük nüfuz qazanması , dərin və müdrik təfəkkür sahibi kimi özündən sonra qoyub getdiyi siyasi ideologiyanın inkişaf dinamikasının sirrlərinə aydınlıq gətiriləcək. Müəlliflər həmçinin filmdə Ulu öndər Heydər Əliyevin Ukrayna xalqı qarşısnda göstərdiyi misilsiz xidmətlərini, onun Çernobl faciəsi zamanı keçmiş SSRİ rəhbərliyinin siyasi iradəsinə qarşı çıxaraq dost ölkənin bu fəlakətdən yaxa qurtarmasına yardımçı olmasını Ukraynanın 1-ci prezidenti Leonid Kravçukun və 2-ci prezidenti Leonid Kuçmanın xoş və yadda qalan xatirələri ilə tamaşaçıya təqdim edəcəklər . Ukraynada vaxtilə bir çox mədəniyyət, incəsənət və sənaye müəssisələrinin, metro, zavod və fabriklərin inşa olunması bir başa Heydər Əliyevin şəxsi təşəbbüsü ilə həyata keçirilmişdir. Filmdə bu tarixi xidmətlərə isə Ukraynanın keçmiış dövlət və hökumət rəsmiləri, elm və mədəniyyət xadimləri münasibət bildirməklə Heydər Əliyevi Ukraynanın ən yaxın və sədaqətli dostu kimi xarakteriza edirlər. Filmdə Heydər Əliyevin şərəfli ömür yoluna nəzər salan Ukraynanın ictimai siyasi xadimləri Dahi Öndəri 20-ci və 21-ci əsrin ictimai -siyasi arenasının 1 nömrəli lideri adlandırmaqla onun xatirəsinin Ukraynada əbədiləşdirilməsinin tarixi əhəmiyyətindən bəhs edirlər .Filmin çəkilişi may ayının sonunda tamamlanacaq. 15 iyun Azərbaycanın Milli Qurtuluş günü Ukraynanın Milli Televiziyası ilə yayımlanacaq Filmin redaktoru Möhsüm Qədiroğlu , rejissoru isə Georgi Spasokukotski və Anar Tahirovdur .

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

02:33 07.02.2025

Ağ Ev: Vaşinqton Qəzzaya qoşun göndərməyəcək

00:34 07.02.2025

Hacıqabulda qatarda yanğın - 4 nəfər tüstüdən zəhərləndi

00:31 07.02.2025

"Real Madrid"in cəzalandırılması tələb edilir

00:27 07.02.2025

“”Beşiktaş” karyeramda xüsusi yeri olan klubdur”

23:45 06.02.2025

“İran nüvə silahına can atmır” - Pezeşkian

23:23 06.02.2025

Ağır insult keçirən şəxs əlillik dərəcəsi ala bilmir - VİDEO

23:13 06.02.2025

Harutyunyan məhkəmədə Paşinyanın yalanını ifşa etdi

22:57 06.02.2025

Məktəbdə şagirdə naməlum kağız və nömrə verildi - DİN işə qarışdı - FOTOLAR

22:40 06.02.2025

Azərbaycanlı gənc Yunanıstanda niyə həbs edilib? - AÇIQLAMA - VİDEO

22:27 06.02.2025

Dövlət ittihamçısı: Azərbaycan xalqına qarşı cinayətlər qəddarlıqla və amansızlıqla törədilib

22:16 06.02.2025

Davit Babayan saxlanma şəraiti barədə: Burada bizə qarşı heç bir təzyiq olmayıb

22:03 06.02.2025

Diplomları soruşulanda dilləri topuq vuran saxta həkim və kosmetoloqlar - ARAŞDIRMA - VİDEO

21:46 06.02.2025

Gəncədə məktəbli siqaret çəkdi: Təhqiramiz ifadələr işlətdi

21:26 06.02.2025

Küləyin sürəti güclənib, yağış yağır - FAKTİKİ HAVA

21:18 06.02.2025

Hərbi cinayətlərdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəmə prosesi davam edir

20:48 06.02.2025

Hindistanda təyyarə təlim uçuşu zamanı qəzaya uğrayıb