Ukrayna tərəfi Kremllə danışıqlar üçün yeganə şərtini açıqlayıb.
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, Ukrayna tərəfi danışıqların yeganə şərtini açıqlayıb.
"Ukrayna ordusu heç bir danışıqları, razılaşmanı və ya kompromis həllini qəbul etməyəcək. Danışıqlar üçün yalnız bir şərt var - Rusiya bütün işğal olunmuş əraziləri tərk etməlidir", - Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Valeri Zalujnı deyib.
Digər tərəfdən, sosial şəbəkələrdə Ukrayna qüvvələrinin Xersona daxil olmasını və ictimai binalara qaldırılan Ukrayna bayrağını əks etdirən görüntülər yayılıb.
Ayşən