Ukrayna tərəfi özü Qomeli Rusiya ilə danışıqlar yeri kimi təklif edib - Peskov

Ukrayna tərəfi özü Qomeli Rusiya ilə danışıqlar yeri kimi təklif edib - Peskov
DÜNYA
15:07 27.02.2022
315
Ukrayna tərəfi özü Belarusun Qomel şəhərini Rusiya ilə danışıqlar yeri kimi təklif edib.

AZXEBER.COM Trend-ə istinadən bildirir ki, bunu jurnalistlərə açıqlamasında Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

"Qomel şəhərini danışıqlar yeri kimi məhz Ukrayna tərəfi təklif edib. Artıq dediyimiz kimi, Rusiya nümayəndə heyəti yerindəcə bu danışıqlara hazırdır", - Kremlin sözçüsü bildirib.

Peskov bildirib ki, Ukrayna ilə danışıqlarda Rusiya nümayəndə heyətinə Rusiya Federasiyası prezidentinin köməkçisi Vladimir Medinski başçılıq edir.

"Yaxın vaxtlarda o, müvafiq bəyanatla çıxış edəcək", - Rusiya liderinin sözçüsü bildirib.
OXŞAR XƏBƏRLƏR