Ukrayna üçün ən vacib məsələ - Zelenski açıqladı

Ukrayna üçün ən vacib məsələ - Zelenski açıqladı
DÜNYA
23:23 17.10.2025
92
Hər gün hücuma məruz qalan Ukrayna xalqı üçün ən vacibi güclü təhlükəsizlik təminatının olmasıdır.

Bu sözləri Ukrayna Prezidenti Volodimir Zelenski Ağ Evdə Donald Trampla geniş tərkibdə görüş zamanı jurnalistlərin suallarını cavablandırarkən deyib. O bildirib ki, bu məsələdə NATO ən yaxşısıdır, ancaq silah da çox vacibdir.

"Bizim üçün ABŞ-la ikitərəfli təhlükəsizlik təminatı çox vacibdir. Bu barədə ətraflı danışmadıq, amma bu, ən vacib sənəddir, çünki ABŞ çox güclüdür”,-deyə Zelenski əlavə edib.
OXŞAR XƏBƏRLƏR