Ukrayna və Kanada birgə silah istehsalı haqqında saziş imzalayıb

Ukrayna və Kanada birgə silah istehsalı haqqında saziş imzalayıb
DÜNYA
20:36 24.08.2025
206
Ukrayna və Kanada Kiyevdə müdafiə təyinatlı avadanlıqların birgə istehsalı haqqında saziş imzalayıblar.

AZXEBER.COM APA-ya istinadən xəbər verir ki, bu haqda Ukraynanın müdafiə naziri Denis Şmıxal məlumat verib.

"Saziş ikitərəfli müdafiə-sənaye əməkdaşlığının dərinləşdirilməsinə, Ukrayna və Kanadada yeni istehsal güclərinin genişləndirilməsinə və yaradılmasına, müdafiə təchizatının davamlılığının artırılmasına yönəlib”, - Şmıxal "Telegram” kanalında yazıb.

Onun sözlərinə görə, saziş Kanadada Ukrayna şirkətlərinin yaradılmasını sadələşdirəcək və texnologiyalar mübadiləsini gücləndirəcək.
OXŞAR XƏBƏRLƏR