Ukrayna və Yunanıstan təhlükəsizlik sahəsində əməkdaşlıq barədə saziş imzalayıb

DÜNYA
19:48 17.10.2024
133
Ukrayna Prezidenti Vladimir Zelenski və Yunanıstanın Baş naziri Kiriakos Mitsotakis arasında təhlükəsizlik sahəsində əməkdaşlıq sazişi imzalanıb.

Bu barədə Ukrayna Prezidenti "X” platformasındakı paylaşımında bildirib.

"Rusiyanın tammiqyaslı işğala başlamasından bəri Yunanıstan Ukraynaya maddi-texniki yardım, eləcə də hərbi dəstək göstərib. Yunanıstan həmçinin pilotlarımız və texniklərimiz üçün F-16 təlimlərini sürətləndirmək məqsədilə əlavə resurs təminatı həyata keçirəcək”,- deyə Zelenski bildirib.
 
///apa
OXŞAR XƏBƏRLƏR