"Ukrayna xalqı Dilarə Kazımovaya dəstək olacaq".Bu sözləri “TV Ukraine” telekanalının jurnalisti Roman Sukhan deyib.ANS PRESS-in məlumatına görə, bu sözləri “Eurovision-2014” mahnı müsabiqəsini izləmək üçün Danimarkanın paytaxtı Kopenhagen şəhərinə gəlmiş Ukraynanın “TV Ukraine” telekanalının jurnalisti Roman Sukhan deyib.Qısa müddətdə Azərbaycanın “Eurovision” mahnı müsabiqəsi kimi möhtəşəm tədbirə çox ciddi hazırlaşdığını vurğulayan R.Sukhan Bakıda gördüklərindən valeh olduğunu deyib: “Bakıda yenidən olmaq mənim arzumdur. “Eurovision” mahnı müsabiqəsində olan ukraynalı digər dostlarım da şounuzun müsabiqənin tarixində ən əhəmiyyətli yarışmalardan olduğunu söyləyirlər. Təşkilatçılıq yüksək səviyyədə idi. Müsabiqə ərzində zəngin proqram ölkənizə səfər edən qonaqlara darıxmağa imkan vermirdi. “Baku Crystal Hall”un səhnəsi çox gözəl və müasir idi. Builki “Eurovision” mahnı müsabiqəsini Azərbaycanda keçirilmiş yarışma ilə müqayisə etsək ölkənizin hazırlığının daha möhtəşəm olduğunu görərik”.